İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya artıq miqrant qəbul edə bilmir - Ukraynalı qaçqınlara görə

Almaniya prezidenti Frank-Valter Ştaynmayer ölkənin miqrantları qəbul etmək imkanlarının tükəndiyini bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, bu barədə “Corriere della Sera” qəzetində dərc olunan müsahibəsində bildirib.

“Suriya, Əfqanıstan və digər şərq ölkələrindən xeyli sayda miqrant axını səbəbindən fövqəladə vəziyyətlə üzləşirik. Üstəlik, hazırda Ukraynadan olan 1 milyondan çox qaçqınımız var. Ona görə də Almaniya da İtaliya kimi miqrantları qəbul etmək imkanının son həddinə çatıb”, 

Almaniya dövlət başçısı həmçinin qeyd edib ki, bu ilin ilk altı ayında Almaniya 162 min sığınacaq müraciəti alıb ki, bu da Avropa İttifaqına ümumi müraciətin üçdə birini təşkil edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR