İnsanlara hürriyət, millətlərə istiqlal!

Alman telekanalı milyarder Usmanova böhtan atdığını etiraf etdi

Almaniyanın ARD dövlət telekanalı milyarder Əlişir Usmanov haqqında böhtan yaydığını rəsmən etiraf edib.

Musavat.com xəbər verir ki, bu barədə RBC məlumat yayıb.

Media holdinq Hamburq məhkəməsinin “Rusiya dopinqinin ifşaçısı” Hayo Zeppeltin ifadələrini yalan hesab edən qərarından apellyasiya şikayəti vermək niyyətində deyil. ARD-nin jurnalisti Usmanovu qılıncoynatma yarışmasında “hakimlərə rüşvət sistemi yaratmaqda” ittiham etmişdi.

Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Qılıncoynatma Federasiyasına 2008-ci ildən rəhbərlik edən Usmanov məruz qaldığı böhtana görə cinayət işinin başlanması üçün Zeppeltə qarşı Köln prokurorluğuna bəyanat göndərib. Jurnalist iki ilə qədər həbs cəzası ala bilər.

Daha əvvəl bildirilib ki, Əlişir Usmanov jurnalisti “rüşvətxorluq” haqqında söylədiyi sözlərə görə cinayət məsuliyyətinə cəlb etdirmək niyyətindədir. “Bild” qeyd edib ki, sahibkar Hayo Zeppelt üçün cinayət cəzası tələb edəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR