Onlayn ictimai-siyasi qəzet
Tanınmış alman politoloq Aleksandr Rar hesab edir ki, ikinci Rusiya-ABŞ sammiti payızda baş tuta bilər.
Musavat.com xəbər verir ki, bu barədə o, "RİA Novosti"yə açıqlamasında deyib.
“Mən şəxsən düşünürəm ki, payızda yeni sammit keçiriləcək, Tramp Rusiyaya gələcək. O vaxta qədər isə Ukrayna qüvvələri daha çox tükənəcək, Kiyev hakimiyyəti isə daha güzəştə getməyə hazır olacaq”, – Politoloq açıqlamasında deyib.
Onun sözlərinə görə, ABŞ-Rusiya danışıqlarının davamı payızda Kreml və Ağ Ev üçün əsas gündəlik mövzulardan biri ola bilər.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ