Onlayn ictimai-siyasi qəzet
Sosial şəbəkədə tanınmış şəxslərə qarşı kiberdələduzluq edən şəxslər saxlanılıblar.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Eldəniz Mehrəliyev və Elnur Məmmədov saxlanılıblar.
Xatırladaq ki, Əməkdar artist Fərqanə Qasımova sosial media hesabında paylaşım edərək dələduzluqla üzləşdiyini bildirmişdi.
O qeyd etmişdi ki, dələduz rəfiqəsinin adından istifadə edərək pula ehtiyacı olduğunu deyib. Nəticədə Fərqanə Qasımova aldanaraq istənilən məbləği göndərib. Onun 400 manatı dələduz tərəfindən mənimsənilib./oxu.az
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ