İnsanlara hürriyət, millətlərə istiqlal!

“Alibaba”nın Çindən qaçan qurucusu geri qayıtdı

“Alibaba”nın qurucusu Cek Ma bir ildən də çox müddətdən sonra Çinə qayıdıb.

Bildirilib ki, Cek Ma “Alibaba”nın baş qərargahının yerləşdiyi Xançjou şəhərində (şərqi Çjetszyan əyaləti) təsis etdiyi məktəbə baş çəkib, müəllim və şagirdlərlə görüşüb, onlarla süni intellektə malik çatbotların tədris planı və innovativ texnologiyaları müzakirə edib.

Qeyd edək ki, 2020-ci ilin oktyabrında Şanxayda keçirilən konfransda çıxışı zamanı Çin tənzimləyicilərini tənqid etdikdən və dövlət banklarını lombard zehniyyətində ittiham etdikdən bir həftə sonra Çin hökuməti “Ant Group” (Manın fintex şirkəti) listinqini dayandırıb, paralel olaraq “Alibaba Group”a qarşı istintaq başladıb. Bundan sonra milyarder uzun müddət yoxa çıxıb. 2021-ci ildə Çin hakimiyyəti antiinhisar pozuntularına görə “Alibaba”nı rekord məbləğdə - 2,8 milyard dollar cərimələyib. Nəhayət, 2022-ci ilin noyabrında Ma şəxsi aşpazı, cangüdənləri və ailəsi ilə birlikdə Çini tərk edərək Yaponiyaya yollanıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR