İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Radanın spikeri: Ukrayna NATO-ya üzv olmaq niyyətindən imtina etməyəcək

Ukrayna NATO-ya daxil olmaq barədə ölkə konstitusiyasının müvafiq bəndlərinə dəyişiklik etməyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ali Radanın spikeri Ruslan Stefançuk “Ukrainskaya pravda” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna NATO-ya üzv olmaqdan vaz keçmək niyyətində deyil.

Bir müddət öncə Kiyevlə danışıqlarda Rusiya nümayəndə heyətinə başçılıq edən Vladimir Medinski bildirmişdi ki, Ukrayna Moskva tərəfindən irəli sürülmüş fundamental tələblərlə, o cümlədən NATO-ya qoşulmamaq və ölkə ərazisində xarici hərbi baza yerləşdirməmək tələbi ilə mahiyyətcə razılaşıb.

2019-cu ilin fevral ayında Ali Rada ölkənin Avropa İttifaqına və NATO-ya istiqamətlənmiş siyasi kursunu təmin edən konstitusiyaya düzəlişlərini qəbul edib və Ukrayna NATO-nun genişləndirilmiş imkanlar üzrə tərəfdaş statusunu alan altıncı dövlət olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR