İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali məktəbi xaricdə oxumaq istəyənlər üçün VACİB XƏBƏR

Azərbaycanda xarici ölkələrdə təhsil almış gənclərin diplomlarının tanınması və onların iş tapmaqda üzləşdiyi çətinliklər gündəmdə qalmaqda davam edir. Bəzi işəgötürənlər xarici universitetlərdən məzun olanlara üstünlük vermək əvəzinə onları təcrübəsiz hesab edirlər.

Təhsil eksperti Kamran Əsədovun Yenisabah.az-a verdiyi açıqlamada bu məsələlərin həllinə dair vacib məqamlar vurğulanıb.

Kamran Əsədov bildirib ki, bəzi şirkətlər xarici universitet məzunlarına üstünlük vermək əvəzinə onları təcrübəsiz hesab edir və bilik və bacarıqlarını düzgün qiymətləndirmirlər.

Ekspert qeyd edib ki, xaricdə təhsil uğurlu karyera üçün mühüm amildir, lakin bu, iş tapmaq üçün kifayət deyil. O, işəgötürənlərin xaricdə təhsil alanların bilik və bacarıqlarını daha yaxşı qiymətləndirməli və onlara uyğun imkanlar yaratmalı olduqlarını vurğulayıb.

"Valideynlər və tələbələr də bu reallığı nəzərə almalı və xaricdə təhsili daha sistemli və məqsədyönlü şəkildə planlaşdırmalıdırlar. Əks halda, bir çox xaricdə təhsil alan gəncin diplomu yalnız evdə qalmaqda davam edəcək" – deyə ekspert bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR