İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyan: Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və indi də belədir

Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə olaraq qalır.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu parlamentin sədri Alen Simonyan müxalifətçi deputat Qeqam Manukyanla mübahisə zamanı deyib.

“Mən başa düşürəm ki, hər bir sözdən yapışıb, bunun üzərində tezislər qurmaq, nəyi isə sübut etməyə çalışmaq olar, amma fakt faktlığında qalır: bizim haqqında danışdığımız ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir”, - A.Simonyan vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Qarabağda əməliyyatı BMT Təhlükəsizlik Şurasının ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR