İnsanlara hürriyət, millətlərə istiqlal!

Alen Simonyan: “Demarkasiya məsələsi sülh müqaviləsindən ayrıla bilər”

“Demarkasiya və delimitasiya prosesi uzun müddət çəkə bilər. Bu variant Ermənistan üçün də məqbul sayılır”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin demarkasiya məsələsinin sülh müqaviləsi məsələsindən ayrılması ilə bağlı bəyanatına münasibət bildirərkən söyləyib.

“Düşünürəm ki, biz bu iş tərzini qəbul edə bilərik, çünki demarkasiya və delimitasiya daha uzun, hətta illərlə çəkə bilər. Sülhə doğru gedən ölkə belə şeylərdə heç bir maneə görmür. Bəzi məsələləri həll etdikdən, sülh müqaviləsi imzalandıqdan sonra, cəmiyyətləri sülh və əmin-amanlıq mühitinə gətirdikdən sonra həmin məsələyə yenidən qayıda bilərik, amma bu, mənim fikrimdir”, - deyə Simonyan bildirib.

Bunun yeni problemlər yarada biləcəyi barədə verilən suala parlament sədri belə cavab verib: “Ona görə dedim ki, əgər dövlət sülhə doğru gedirsə, onda biz üç sülh müqaviləsi imzalaya, üç saat sonra bir-birimizə hücum edə bilərik. Demarkasiya və delimitasiya prosesi həqiqətən də çox uzun vaxt apara bilər”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR