Onlayn ictimai-siyasi qəzet
Alen Delonun övladları aktyorun Fransanın Souls kommunasında yerləşən evində dinc şəkildə dünyasını dəyişdiyini bildirərək atalarının ölüm səbəbini açıqlayıblar.
Alen-Fabien, Anuşka və Entoni atalarının vəfatından dərin kədərləndiklərini bildiriblər.
Ailədən verilən rəsmi açıqlamada əfsanəvi sənətçinin "uzun sürən xəstəlik" nəticəsində öldüyünə aydınlıq gətirilib.
Xatırladaq ki, Alen Delon 88 yaşında dünyasını dəyişib. Ona xərçəng və Alzheymer xəstəliyi diaqnozu qoyulmuşdu. Bu səbəbdən sənətçi evdən bayıra çıxmırdı.//Oxu.az
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ