Onlayn ictimai-siyasi qəzet
Aktrisa Çimnaz Sultanova dəfn olunmaq üçün Əmircan qəbirstanlığına aparılıb.
Musavat.com xəbər verir ki, onu qonşuları, qohumları və sənət cameəsindən azsaylı nümayəndələr son mənzilə yoıa salıblar.
Qeyd edək ki, aktrisa 43 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib.
Xatırladaq ki, Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə Bakıda anadan olub. “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.
Aktrisa Almaniyada Beynəlxalq iqtisadi əlaqələr fakültəsindən məzun olub. Dram dərnəyində aktyorluq sənəti üzrə və eyni zamanda vokal üzrə təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində oxuyub.
Könül,
Musavat.com
16 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ