İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktau tərəfdə Xəzərin sahil hissəsi donub

Xəbər verildiyi kimi, bu həftə Qazaxıstanda qarlı-şaxtalı hava şəraiti hökm sürüb. Ölkənin bir çox yerlərində şaxta 27 dərəcəyə çatıb, çaylar, göllər donib.

Musavat.com xəbər verir ki, Qazaxıstanda donan su hövzələri arasında Xəzər dənizinin şimal-şərq hissəsinin sahilləri də var.

Yerli media dənizin sahil zolağının donmasını əks etdirən qeyri-adi görüntülərin sosial şəbələ istifadəçilərini sevindirdiyini yazıb.

Onlardan bəziləri görüntülərə şərh olaraq belə yazıblar: “Apokalipsis haqqında filmlərdə olduğu kimi”; "Müdhiş gözəllik"; "Buz mavisi" və s.

Xəzərin sahil hissəsinindonmasını əks etdirən videogörüntüləri Aktaudan olan bloger Azamat Sarsenbayev lentə alıb və yayıb.

Videoda buzlu qayalar, şamandıralar və estakada görünür. Amma o da görünür dəniz tam donmayıb, dalğalar hələ də sahilə vurur.

Gözəllik hayında olmayan, məsələyə sırf ekoloji problem kimi yanaşanlar isə bu cür şərhlər yazıblar: “Niyə heç kim Xəzərin problemləri ilə məşğul olmur, dənizin donmasının səbəbini kim tapmalıdır, bu niyə baş verir, alimlər hardadır, niyə heç kimi maraqlandırmır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR