Onlayn ictimai-siyasi qəzet
“Mən müxtəlif ölkələrdə keçirilən tədbirlərdə fəal iştirak edirəm. Bu tədbirlərin bütün iştirakçılarının məqsədi dünyanı daha ədalətli, dinc, təhlükəsiz və bütün ölkələr və xalqlar üçün bərabər etməkdir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər noyabrın 5-də İrəvanda keçirilən “Sosial ədalətə aparan yol: layiqli iş” adlı beynəlxalq konfransda Ermənistan baş nazirinin xanımı Anna Akopyan tərəfindən səslənib.
“Dünyada 420 milyon uşaq müharibə şəraitində yaşayır. Bu o deməkdir ki, bizim düşünməli olduğumuz bir şey var. Niyə biz müxtəlif ölkələrdə toplaşırıq, kifayət qədər pul xərcləyirik və uşaqları qorumaq missiyamızda uğursuzluğa düçar oluruq?”, - o qeyd edib.
Qeyd: “Sülhpərvər” Anna Akopyana Nikol Paşinyanın iqtidara gəldiyi ilk ildə bu şəkilləri xatırlatmaq yerinə düşər.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ