Onlayn ictimai-siyasi qəzet
Son bir neçə ildə Ermənistan Respublikası Avrsaiya İqtisadi İttifaqının üzvü olaraq kifayət qədər böyük nailiyyətlərə, o cümlədən iqtisadi uğurlara imza atıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentinin regional və Avrasiya inteqrasiyası üzrə daimi komissiyasının sədri Vaqarşak Akopyan yerli jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, ötən il Ermənistanda 12,7% iqtisadi artım qeydə alınıb və Ermənistan bütün bu nailiyyətlərə Aİİ çərçivəsində fəaliyyət göstərərkən nail olub. “Bizim üçün Aİİ-nin iclaslarında iştirak etmək çox normaldır. Baş nazirin səfərləri barədə rəsmi məlumatı Nazirlər Kabinetinin mənbələrindən və açıqlamalarından alırıq, icazə verin hökumətdəki mənbələrə istinad edim. Mən öz fikrimi bildirdim və hesab edirəm ki, hazırda Aİİ üzvlüyünün bizim üçün alternativi yoxdur”, - deyə Akopyan bildirib.
“Belə olan halda hansı səbbədən Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında etmir?” –deyə yerli media mənsublarından biri erməni deputata sual ünvanlayıb
“Bilirsiniz ki, son vaxtlar biz KTMT-nin bəzi tədbirlərində iştirak etmirik, bununla bağlı müxtəlif şərhlər var. Nə vaxt KTMT-nin nöqsanları qeydə alınırsa, İrəvan bütün səviyyələrdə bu barədə danışır və dövlət maraqlarından çıxış edir”, - deyə Akopyan belə bir qeyri-müəyyən cavabla kifayətlənib.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ