Onlayn ictimai-siyasi qəzet
Sabiq deputat Etibar Əliyev yenə maraq doğuran və müzakirələrə səbəb olan yazı paylaşıb.
Musavat.com ictimai əhəmiyyətini nəzərə alaraq həmin yazını oxucularına təqdim edir.
**
İSA HƏBİBBƏYLİNİN SOSİAL DURUMU
Akademik Abel Məhərrəmovun sosial durumu barədə açıqlaması xeyli marağa səbəb oldu.
Bəs görəsən AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sosial durumu necədir?
İsa məllim 3 çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub və yüksək deputat təqaüdü (təxminən 8000 manat) alır.
Akademiyanın prezidenti kimi maaşı 4080 manatdır.
Akademik adına görə 2000 manat əlavə pul alır.
İsa müəllim həm də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktorudur. AMEA-nın sıravi əməkdaşlarının əməkhaqqı orta hesabla 500 manatdır.
Onun sahibi olduğu "Karvan" şadlıq sarayı da yaxşı gəlir gətirir.
Abel müəllim kimi onun da övladları özlərini dolandıra bilir.
İsa Həbibbəylinin oğlu - Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəylinin məhkəmədəki ifadəsi: "Gömrükdə rüsum kimi toplanan qeyri-rəsmi ödənişlərin – hər ay 2.5-3 milyon dollarını rəhbərliyə (red. Vasif Talıbovu nəzərdə tutur) çatdırırdım".
Bunların pulunu heç süni intellekt də saya bilməz…
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ