İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Yaxın Şərq münaqişəsində 130-a yaxın jurnalistin öldürülməsini pisləyib

Avropa İttifaqı (Aİ) 2023-cü ilin oktyabrından Yaxın Şərqdəki münaqişəni işıqlandıran 130-a yaxın jurnalistin öldürülməsini pisləyir.

"Report"un məlumatına görə, bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrel "X" sosial şəbəkəsində bildirib.

"Jurnalistlər Yaxın Şərqdə münaqişəni işıqlandırarkən yüksək bədəl ödəyirlər. Bu gün Livanda üç nəfər ölüb; Qəzza zolağında son bir ildə təxminən 130 nəfər həlak olub. Biz bunu pisləyirik", - o sosial şəbəkə hesabında yazıb. Borrel vurğulayıb ki, mətbuat azadlığı və jurnalistlərə giriş təmin edilməli və jurnalistlər həmişə qorunmalıdır.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Nəticədə aralarında qocalar, qadınlar, uşaqlar da olmaqla 200-dən çox insan girov götürülüb. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Əvvəllər dəfələrlə Qəzzada atəşkəslə bağlı danışıqların dalana dirəndiyi barədə məlumatlar yayılıb. Eyni zamanda, ABŞ, Qətər və Misirin Qəzzada İsrail və HƏMAS üçün yeni atəşkəs təklifinin formalaşdırılması üzərində çalışdığı bildirilib. Lakin indiyədək bu səylər heç bir ciddi dəyişikliyə səbəb olmayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR