İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ-nin səfiri öz iqamətgahında hücuma məruz qaldı

Avropa İttifaqının (Aİ) Sudandakı səfiri bir neçə saat əvvəl öz iqamətgahında hücuma məruz qalıb.

“Report” xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissiyanın sədri Jozep Borrel tviter hesabında yazıb.

"Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulmasıdır. Diplomatik binaların və onların şəxsi heyətinin təhlükəsizliyinin təmin edilməsi Sudan hakimiyyətinin əsas vəzifəsidir və beynəlxalq hüquq çərçivəsində öhdəlikdir", - Borrel sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtında ordu bölmələri ilə xüsusi təyinatlı qüvvələr arasında döyüşlər başlayıb.

Toqquşmalar başlayandan indiyədək azı 188 nəfər həlak olub, 1 800-dən çox insan yaralanıb. Aprelin 15-də ordu bölmələri ilə xüsusi təyinatlılar arasında başlayan silahlı toqquşmalar davam edir. BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) üç əməkdaşı toqquşmalar zamanı həlak olub. Bunun ardınca Ümumdünya Ərzaq Proqramı Sudanda fəaliyyətini dayandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR