İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Kosovo və Serbiya arasındakı gərginliyə münasibət bildirib

“Kosovo və Serbiya arasında münasibətlərdə baş verən son hadisələr Belqrad və Priştina arasında Aİ dəstəkli Dialoq çərçivəsində uzun illər ərzində əldə edilmiş zəhmət və nailiyyətləri risk altına qoyur və regionda və ondan kənarda təhlükəsizlik vəziyyətini pozur”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borel yaydığı bəyanatda bildirib.

“Avropa İttifaqı hər iki tərəfi gərginliyin daha da artmasına səbəb ola biləcək hər hansı birtərəfli hərəkətlərdən çəkinməyə çağırır.

Kosovo serblərinin Kosovo qurumlarından çıxması mövcud mübahisələrin həlli deyil. Bu, ərazidəki gərginliyi daha da artırmaq potensialına malikdir.

Biz Serbiya və Kosovonun serb nümayəndələrini Dialoq üzrə öhdəliklərinə hörmət etməyə və polis, məhkəmə və yerli idarələr də daxil olmaqla, öz vəzifələrini yerinə yetirmək üçün Kosovo qurumlarına qayıtmağa çağırırıq.

Eyni zamanda, Aİ bir daha Kosovo hakimiyyətini gecikmədən öz öhdəliklərinə hörmət etməyə çağırır. Bu, nəqliyyat vasitələrinin yenidən qeydiyyata alınması prosesinin dərhal uzadılması və KM (Kosovo və Metoxiya - Serbiya avtomobil nömrələrinə məxsus qısaltma – red.) nömrə sahiblərinə qarşı hər hansı cəza tədbirinin dayandırılması deməkdir. Tərəflər avtomobil nömrələri məsələsini Dialoq çərçivəsində həll edə bilər.

Aİ həmçinin Kosovonu serb çoxluğu olan bələdiyyələrin assosiasiyaları/icmalarının yaradılması istiqamətində təcili addımlara başlamağa çağırır. Kosovo Assambleyası Brüssel Sazişini ratifikasiya edib və Kosovo Konstitusiya Məhkəməsi Assosiasiya/İcma yaradılmasının zəruriliyi barədə qərar verib. Ona görə də onun yaradılması Kosovo üçün məcburi hüquqi öhdəlikdir. Bu öhdəliyin davamlı şəkildə yerinə yetirilməməsi Qanunun aliliyi prinsipini sarsıdır və Kosovonun reputasiyasına və etibarına xələl gətirir.

Sülh və sabitliyi təmin etmək tərəflərin məsuliyyətidir. Avtomobillərin yandırılması və ya gərginliyə səbəb ola biləcək qorxuducu ritorika kimi hər hansı hərəkətlər qəbuledilməzdir və beynəlxalq ictimaiyyət tərəfindən müvafiq reaksiyaya səbəb olacaq.

NATO/KFOR (NATO-nun rəhbərliyi ilə Kosovoda təhlükəsizliyi təmin etmək məqsədilə təşkil olunmuş sülhməramlı qüvvələr – red.) və Kosovo Polisi ilə sıx koordinasiyada Aİ-nin Qanunun aliliyini təmin edən missiyası (EULEX) təhlükəsizliyə cavabdeh üzrə ikinci rolda Kosovoda sabitliyi təmin etməyə hazırdır. EULEX və KFOR öz mandatlarına uyğun olaraq təhlükəsiz və sakit mühiti qorumaq üçün dəstəyi davam etdirəcəklər.

Aİ tərəfləri ciddi şəkildə Dialoq yolunu seçməyə, zorakılıq və qarşıdurmaya səbəb olacaq hər hansı hərəkətdən çəkinməyə çağırır. Aİ danışıqlara dəstək verməyə davam etməyə hazırdır, lakin hər iki tərəf konstruktiv şəkildə həll yollarını axtarmağa hazır olduqlarını nümayiş etdirməli və Dialoqda götürdükləri öhdəliklərə hörmət etməlidirlər”, - bəyanatda vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR