İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ ilə bağlı qanun Ermənistan parlamentinin gündəliyinə daxil edilmədi

“Ermənistanın Avropa İttifaqına qəbulu prosesinin başlanması haqqında qanun layihəsi parlamentin 4 günlük sessiyasının gündəliyinə daxil edilməyib”.

Bunu layihəni hazırlayan komissiyanın sədri Arman Yeqoyan deyib.

O bildirib ki, buna səbəb layihənin müzakirəsinə tələb ediləndən daha çox vaxtın sərf olunmasıdır:

“Müzakirələrimiz qanunla müəyyən edilən müddətdən daha çox çəkdiyi üçün layihəni budəfəki dördgünlük sessiyaya daxil etmək mümkün olmadı. Mən təklif edirəm ki, sənəd ya növbəti sessiya, ya da növbədənkənar iclas zamanı müzakirə çıxarılsın”.

Sənədin komissiyadakı müzakirəsinin martın 25-də davam etdiriləcəyi qərara alınıb.\\apa

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR