İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Gürcüstanı bloklayır

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, “Tbilisi Mall” yaxınlığında baş verən etiraz aksiyası zamanı Gürcüstan polisinin sərt addımlarını qınayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə SOVA portalı məlumat yayıb.

Qeyd edək ki, həmin aksiya zamanı iştirakçılar fevralın 2-də paytaxtın qərb istiqamətində giriş-çıxış yollarını bağlamağı planlaşdırırdılar.

Kallas Gürcüstan Daxili İşlər Nazirliyi əməkdaşlarının zorakılığına diqqət çəkərək, Gürcüstanın Aİ-yə namizəd ölkə statusuna uyğun gəlmədiyini bəyan edib.

"Tbilisidə baş verən dinc nümayişçilərin, jurnalistlərin və siyasətçilərin zorakı şəkildə dağıdılması qəbuledilməzdir. Gürcüstan namizəd ölkə gözləntilərinə cavab vermir. Aİ gürcü xalqını azadlıq və demokratiya uğrunda mübarizəsində dəstəkləyir", – deyə o qeyd edib.

Xatırladaq ki, “Tbilisi Mall” yaxınlığında keçirilən etiraz aksiyasında polis və nümayişçilər arasında fiziki qarşıdurma baş verib. İlkin məlumatlara görə, təxminən 30 nəfər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılanlar arasında "Dəyişikliklər Koalisiyası"nın üzvləri Nika Meliya və Tengo Tevzadze, Tbilisinin sabiq meri Gigi Uqulava, eləcə də aktivist Dmitri Bidzinaşvili var. Onların polisin qanuni tələbinə tabe olmamaq və ya avtomagistralı bağlamaq ittihamı ilə inzibati və ya cinayət məsuliyyətinə cəlb edildiyi hələ dəqiqləşdirilməyib.

Daha sonra Nika Meliyanın inzibati maddə ilə saxlanıldığı və sərbəst buraxıldığı məlum olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR