İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Baltik dənizindən istifadəyə görə vergi tətbiq edir?

Avropa İttifaqı ölkələri dənizaltı kabellərin qorunması ilə bağlı yüksək xərcləri ödəmək üçün Baltik dənizindən istifadə etdiklərinə görə gəmiçilik şirkətlərinə vergi tətbiq edə bilərlər.

Musavat.com xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur danışıb.

"Bir anda biz şirkətlərin Danimarka boğazlarından keçərkən müəyyən məbləğ ödəməli olacağını görə bilərik", - deyə o qeyd edib.

Hanno Pevkurun sözlərinə görə, bu vergi əslində dəniz dibindəki infrastrukturun mümkün zədələnmələrinə qarşı bir növ sığorta ödənişi olacaq. Məsələn, hava limanlarının sərnişinlərdən uçuş haqqına daxil edilən enmə rüsumu alması kimi.

Son aylar Baltik dənizində bir neçə kabel qırılması hadisəsi baş verib. Bu səbəbdən NATO donanmaları bölgədə patrulları gücləndirib.

Estoniyanın müdafiə nazirinin bildirdiyinə əsasən, sualtı infrastrukturun mühafizəsi üçün dənizin dibi boyunca sürüklənən lövbərləri aşkar edən sensorların quraşdırılması və kabellərin ətrafında qoruyucu strukturların qurulması kimi digər tədbirlər də nəzərdən keçirilir.

Bununla belə, onun sözlərinə görə, bütün bu tədbirlər baha başa gəlir və istehlakçılar daha yüksək vergilər və ya kommunal xərclər hesabına daha çox ödəməli olacaqlar. Lakin Baltikyanı daşıma vergisi bunun qarşısını almağa kömək edə bilər.

“Yaxın gələcəkdə Aİ ölkələri bu məsələ ilə bağlı qərar qəbul etməli olacaq”, - deyə Hanno Pevkur yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR