Onlayn ictimai-siyasi qəzet
Ağstafada uşaq ölümü faktı qeydə alınıb.
Hadisə rayonun Qırılı kəndində baş verib.
Qeyd edək ki, ötən ilin avqust ayında İsmayılovların övladları 2022-ci il təvəllüdlü G. İsmayılzadə qıc olma diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin müayinəsi zamanı G. İsmayılzadənin öldüyü məlum olub.
Xatırladaq ki, bu ailə baba və nənənin faciəvi ölümü ilə də diqqət çəkib. 2024-cü il sentyabrın 8-də Qırılı kənd sakini, 1965-ci il təvəllüdlü Füzuli İsmayılov nərdivanı hasara söykəyərək üzüm yığan zaman hasar aşıb, nəticədə Füzuli İsmayılov və onun həyat yoldaşı, 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşların altında qalaraq ölüblər.//APA
08 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ