Onlayn ictimai-siyasi qəzet
Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılacaq.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
“Türkiyə Respublikası ilə Rusiya Federasiyası arasında imzalanan Memorandumla Qarabağ bölgəsində atəşkəs rejiminə nəzarət etmək və qanun pozuntularının qarşısının alınması məqsədi ilə 2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycan ilə koordinasiyalı şəkildə davam etdirilir”, - məlumatda deyilir.//APA
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ