İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağciyər xərçənginə qarşı ilk peyvənd hazırlanır

Britaniyalı alimlər ağciyər xərçənginə qarşı dünyada ilk peyvəndin hazırlanması üzərində işləyir.

Bu barədə məlumatı “Sky News” yayıb.

Bildirilir ki, “LungVax” adı verilən peyvənd sözügedən xəstəliyə tutulma hallarının qarşısını 90%-ə qədər ala biləcək.

Məlumata görə, peyvənd ağciyərlərdə xərçəng hüceyrələrini məhv etmək üçün bədənin immun sistemini aktivləşdirəcək.

Bir neçə xeyriyyə təşkilatı alimlərdən ibarət komandaya 3000 doza “LungVax” peyvəndinin hazırlanması üçün 1,7 milyon funt sterlinq maliyyə ayırıb.

Peyvənd Oksford Universitetinin alimləri və “AstraZeneca” şirkəti tərəfindən birgə hazırlanır.

Xatırladaq ki, “BionTech” şirkətinin təsisçiləri, türkiyəli alimlər Uğur Şahin və Özlem Türeci də xərçəng xəstəliyinə qarşı hazırladıqları vaksinin uğurlu nəticələr verdiyini açıqlayıblar. Türkiyəli cütlük sözügedən vaksinin üzərində 15 ildən çoxdur ki işləyir. Şirkət 2030-cu ilə qədər 10 000-ə yaxın onkoloji xəstənin müalicə edilməsini nəzərdə tutur.//Qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR