İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağadadaş Ağayevi bu cəza gözləyir - DETALLAR AÇIQLANDI

Ötən gün “Xalq artisti Ağadadaş Ağayev tanışını baltaladı” xəbəri gündəmi silkələdi. Məlum oldu ki, “Medera” hospitalin mühafizəçisi ilə Xalq artisti arasında gərginlik yaşanıb. Əsəbiləşən Xalq artisti evə gedərək əlinə balta alıb və mühafizəçiyə hücum edib. Əlindəki baltanı ona tərəf atan zaman balta orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəyib və nəticədə qadın xəsarət alıb.

Bundan qəzəblənən mühafizəçi həmin baltanı götürüb ona hücum edib. Ətrafdakılar tərəfindən balta əlindən alınsa da, Ağayevi onun əlindən almaq mümkün olmayıb. Əlbəyaxa dava zamanı Xala artisti yerə yıxılıb. Mühafizəçi ona təpiklə ciddi xəsarət yetirib.

Hər nə qədər zərərçəkən Ağadadaş Ağayev olsa da, soyuq silah onu əlində olub və kadrlarda da ilk hücum edənin o olduğu görünür.

Maraqlıdır, Ağadadaş Ağayevi bu hərəkətinə görə hansı cəza gözləyir? Xalq artisti həbs oluna bilərmi?

Musavat.com xəbər verir ki, hadisə ilə bağlı Publika.az-a danışan hüquqşünas Əsabəli Mustafayev bildirdi ki, burada hər iki tərəf məsuliyyət daşıyacaq.

“Mühafizəçi adam döydüyünə görə və ictimai yerdə nalayiq ifadə işlədiyinə görə xuliqanlıqda ittiham olunacaq. Nalayiq sözlər işlədibsə, bu xuliqanlıqdır və xəsarətin dərəcəsinə görə, həmin maddə ilə cinayət işi açılacaq. Xəsarətin dərəcəsinə görə də maddələr dəyişə bilir. Çünki Ağadadaş Ağayevin müraciəti onun xoşuna gəlməsə də, onu döymək hüququ yox idi. Lakin Ağadadaş Ağayevin gedib evdən balta gətirməsi çox ağır ittiham sayıla bilər. Soyuq silahla gözətçinin arxasınca düşməsi çox ciddi məsələdir. Bunu istintaq göstərəcək. Düzdür, deyə bilər ki, mən onu sadəcə qorxutmaq istəyirdim, öldürmək fikrim yox idi, bu da nə dərəcədə istintaq tərəfindən qəbul olunacaq deyə bilmərəm. Ancaq evdən baltanı gətirib, onun arxasınca düşüb, baltanı ona atması qətlə sui-qəsd kimi qiymətləndiriləcək. Yenə də bütün məqamlar araşdırılmaldır, qiyməti istintaq verməlidir. Baxmayaraq ki, mühafizəçi xəsarət almayıb, xəsarət üçüncü şəxsə dəyib, ancaq bunun işin nəticəsi üçün heç bir əhəmiyyəti yoxdur. Burada çox ciddi, ağır ittihamlar var.

Hüquqşünas qeyd etdi ki, Ağayevin Xalq artisti olması onun cəzadan azad olmasına səbəb ola bilməz:

“Belə olduğu halda cəmiyyətdə əlbəttə qanunlara qarşı etimadsızlıq yarana bilər. Yəni tanınmış insanlara qarşı bir münasibət, tanınmayanlara qarşı ayrı münasibət ola bilməz. Ağadadaş Ağayev ictimai şəxs, müğənni olduğu, yəni cəmiyyətdə tanındığı üçün yaxşı olardı ki, istintaq araşdırmanın gedişatı barədə ictimaiyyətə məlumat versin. Belə məlumatlar həm də qabaqlayıcı tədbir rolunu oynaya bilər. Yəni bu göstərəcək ki, ey pullular, tanınmış adamlar pulunuza, məşhurluğunuza çox da arxayın olmayın. Cinayət törətdiyiniz halda mütləq məsuliyyətə cəlb olunacaqsınız.

Ağadadaş Ağayevə dəyən xəsarətə görə mühafizə əməkdaşı da məsuliyyətə cəlb oluna bilər. Ancaq araşdırmada müəyyən edilməlidir ki, mühafizəçinin buradakı davranışı hansı xarakter daşıyır. Özünümüdafiəmi, yoxsa hücum? Məlum olsa ki, Ağadadaş Ağayev mühafizəçiyə hücum edib və ona xəsarət yetirmək istəyib, belə olan halda mühafizəçinin vəzifə borcudur ki, həm olduğu ərazini, həm orada olan şəxsləri və özünü müdafiə etsin. Onun hərəkətləri həddini aşmayıbsa, onda o məsuliyyətdən azad olunmalıdır.

Görüntülərdən aydın olur ki, mühafizəçi bəzi məqamlarda hücuma keçib. Lazımı olmayan dərəcədə şiddət göstərib. Özünümüdafiə idisə, belə olmamalı idi. Ağadadaş Ağayevi zərərsizləşdirə bilərdi və ya yerə yıxılandan sonra hadisə yerindən uzaqlaşa bilərdi. Ancaq yerə yıxılandan sonra da vurmağa davam edib Sonradan onu güclə aralayıb hadisə yerindən uzaqlaşdırıblar. Buradan belə qənaətə gəlirəm ki, mühafizəçi də məsuliyyətə cəlb olunacaq”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR