İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev İsrailə görə Trampa belə CAVAB VERDİ

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın İsraildəki vəziyyətlə bağlı fikirlərini “təhlükəli və dəlilik” hesab edir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, çərşənbə günü Floridada çıxış edən Tramp “Hizbullah”ı “çox ağıllı”, İsrailin müdafiə naziri Yoav Qalantı isə “axmaq” adlandırıb.

Donald Tramp öz çıxışında bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu bu hücuma hazır deyildi. Tramp Netanyahunun vaxtilə onlara iranlı general Qasım Süleymaninin öldürülməsi hadisəsində dəstək vermədiyini xatırladıb.

“Benyamin Netanyahunun bizi məyus etdiyini heç vaxt unutmayacam”, - deyə Tramp bildirib.

Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts Donald Trampın sözlərinə belə reaksiya verib: “Bu kimi iddialar olduqca təhlükəlidir. Hər hansı bir amerikalının İranın dəstəklədiyi terror təşkilatını “ağıllı” kimi tərifləməsi bizim üçün tamamilə anlaşılmazdır. İndi hamımızın İsraillə çiyin-çiyinə əsl şərə qarşı dayanmasının vaxtıdır”.

Qeyd edək ki, Tramp və Netanyahu arasında gərginlik birincinin prezident olduğu vaxtdan davam edir. Məsələn, 2021-ci ilin dekabrında Tramp “Axios”un müxbiri Barak Ravidlə söhbətində Netanyahu ilə küsülü olduğunu gizlətməmişdi. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR