Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası Şimali Koreya lideri Kim Çen In və onun nümayəndələrinə Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı qeyd-şərtsiz görüş keçirməyi təklif etməkdə davam edir, lakin rəsmi Pxenyan buna maraq göstərmir.
Musavat.com “Report”a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
Onun sözlərinə görə, ABŞ Şimali Koreyanın raket buraxılışları ilə bağlı təxribatlarını ciddi qəbul etməlidir:
“Məhz bu səbəbdən ABŞ yarımadanın nüvəsizləşdirilməsi üçün diplomatik yolu müzakirə etmək üçün Kim Çen In və onun hökumətinin nümayəndələri ilə qeyd-şərtsiz görüş təklif etməyə davam edir”.
O əlavə edib ki, Vaşinqton Kim Çen Inın bu cür görüşlərdə maraqlı olduğuna dair heç bir əlamət görmür.
14 Oktyabr 2024
01:40 Bakıdan qovulan İran mollası Cəmkəranda ortaya çıxdı və Livana yavan çörək təklif etdi - VİDEO
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ