Onlayn ictimai-siyasi qəzet
ABŞ administrasiyası qlobal münaqişələrin həllində əvvəlki kimi aktiv vasitəçilik rolunu davam etdirməyəcək.
Musavat.com xəbər verir ki, bu barədə Ağ Evdən rəsmi açıqlama verilib.
Bəyanatda bildirilir: “Biz dəstəyi davam etdirəcəyik, lakin artıq dünyanın hər yerinə gedərək görüşlər təşkil edib tərəfləri barışdırmağa çalışmayacağıq.
İndi məsuliyyət münaqişə tərəflərinin üzərindədir. Onlar konkret ideyalar irəli sürməli və bu münaqişəni necə sona çatdıracaqlarını planlaşdırmalıdırlar. Bu, artıq onların qərar verəcəyi bir mərhələdir”.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ