İnsanlara hürriyət, millətlərə istiqlal!

Afrikalı keşiş: "Bayden Nigerə girsə, Allahın qəzəbinə gələcək"

Nigerli keşiş, Afrika yevangelist kilsəsinin rəhbəri İlyas Ayodele ABŞ prezidenti Co Baydeni Nigerə hücum edəcəyi təqdirdə Allahın qəzəbinə düçar olacağınə deyib.

Musavat.com xəbər verir ki, bu barədə Nigerin "Daily Post" nəşri yazıb.

Ayodele xəbərdarlıq edib ki, üsyançıların prezident Mohamed Bazumu devirdiyi Nigerin işğalı üçüncü dünya müharibəsinə səbəb ola biləcək hərəkətdir. Keşiş  deyib ki, ABŞ-ın respublikanı işğal etməsi “şeytani və terrorçu” bir hərəkət olardı.

Ayodele Baydeni Niger xalqına öz gələcəyi barədə qərar qəbul etməyə icazə verməyə çağırıb.

“Nigerdə ​​müharibəyə getmək Allahla döyüşmək kimidir, işğal baş verərsə, ABŞ bunun üçün bədəl ödəyəcək. Bu, həm də Co Bayden hökumətini gözdən salacaq”, - Ayodele bildirib.

Bundan əvvəl ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Nigerdə ​​üsyançılarla görüşdən sonra ölkədə hakimiyyəti ələ keçirən hərbçilərin hərəkətlərini konstitusiyaya zidd hesab etdiyini bildirib. Eyni zamanda, o, Vaşinqtonun münaqişənin həlli üçün diplomatik yollar axtarmağa davam edəcəyinə əmin edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR