İnsanlara hürriyət, millətlərə istiqlal!

Afrika ölkələri Britaniyadan 270 milyard dollar təzminat istəyir

Böyük Britaniya hökuməti qul ticarətinə görə Birlik ölkələrinə təzminat ödəməyi istisna edib.

Musavat.com xəbər verir ki, bu barədə BBC-yə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi bildirib.

Onun sözlərinə görə, təzminatların ödənilməsi mövzusu “insanların istədiyi müzakirə deyil”. Lammy qeyd edib ki, bu, xüsusilə Böyük Britaniyanın özündəki çətin iqtisadi vəziyyəti nəzərə alaraq, təsirlənmiş ölkələrə "pul köçürmək" məsələsi deyil.

Eyni zamanda, o, transatlantik qul ticarətini krallığın tarixində “yara izləri” qoyan “dəhşətli dövr” adlandırıb: "Mən kölə olan insanların nəslindənəm, buna görə də bunu etiraf edirəm". Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, London təhsil və elm sahəsində əməkdaşlıq vasitəsilə Birlik dövlətləri ilə əlaqələri inkişaf etdirməyə hazırdır. Qayanlı kökləri olan Lammi iyul ayında nazir təyin edilməklə əcdadları qul olan ilk XİN rəhbəri olub.

Son illərdə Karib hövzəsi dövlətləri 17-18-ci əsrlərdə London tərəfindən fəal şəkildə təşviq edilən qul ticarəti ilə əlaqədar Britaniyanın təzminat ödəməsi zərurətindən getdikcə daha çox danışırlar. Oktyabrın sonunda Samoada keçirilən Birlik sammitində təzminat mövzusunun müzakirəsinə başlamaq zərurəti ilə bağlı bir məqamı özündə əks etdirən kommunike qəbul edilib.

“The Guardian” qəzetinin yazdığına görə, Böyük Britaniya Londonun təzminat məsələsini müzakirə etməkdən qəti şəkildə imtina etsə də, narazı olan bir sıra Karib hövzəsi dövlətlərinin təzyiqi ilə yekun sənədə belə bir bəndin daxil edilməsinə razılıq verməyə məcbur olub. The Daily Mail-in qeyd etdiyi kimi, qul ticarətindən təsirlənən ölkələr Londondan ən azı 206 milyard funt-sterlinq (270 milyard dollar) təzminat ödəməsini tələb edirlər.

2023-cü ildə Amerika konsaltinq şirkəti Brattle Group, 30-dan çox ölkənin transatlantik qul ticarətinə görə Qərb dövlətlərindən təzminat ala biləcəyini qeyd edib. Beynəlxalq Ədalət Məhkəməsinin hakimi Patrick Robinsonun həmmüəllifi olduğu hesabata görə, təkcə Böyük Britaniya 24 trilyon dollar təzminat ödəməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR