Onlayn ictimai-siyasi qəzet
AFFA milli komandaya baş məşqçi axtarışlarını davam etdirir.
Federasiya daha bir namizədlə danışıqlar aparır. Söhbət rusiyalı mütəxəssis Stanislav Çerçesovdan gedir. Hazırda işsiz olan 60 yaşlı məşqçi də yığmamızı çalışdırmaq niyyətindədir.
Qeyd edək ki, Çerçesovun son iş yeri Macarıstan klubu "Ferenstvaroş" olub. 60 yaşlı məşqçi karyerası ərzində "Spartak" (Moskva), "Dinamo" (Moskva), "Legiya", "Axmat", "Amkar" kimi klubları və Rusiya millisini çalışdırıb. (offsideplus.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ