İnsanlara hürriyət, millətlərə istiqlal!

AfD keçmiş ADR-in bütün əyalətlərində seçki birincisi olub

“Almaniya üçün Alternativ” (AfD) partiyası Bundestaqa erkən seçkilərdə keçmiş ADR-in tərkibində olan beş vilayətin hamısında qalib gəlib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Brandenburq, Meklenburq-Ön Pommern, Saksoniya, Saksoniya-Anhalt və Türingiya seçki dairələrində bülletenlərin hesablanmasından sonra Federal Seçki Komissiyasının məlumatları sübut edir.

Bundan əvvəl ZDF telekanalı exit-poll məlumatlarına istinadən Şərqi Almaniyada seçicilərin 34%-nin AfD-yə səs verdiyini bildirmişdi.

Qeyd edək ki, AfD partiyası neo-nasist baxışlarıyla tanınsa da, Rusiya ilə yaxın əlaqələrə malikdir, hətta partiyanın Moskvadan maliyyələşdirildiyinə dair iddiaların hədəfindədir. İndi bu partiyanın keçmiş rus müstəmləkəsi olan torpaqlarda seçki birinci olması müçahidəçilərə təbii və maraqlı görünür.

Ən qəribəsi isə odur ki, bu partiyanən seçkilərdə qalib gəlməsini Rusiya da istəyirdi, ABŞ-nin yeni administrasiyası da.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR