İnsanlara hürriyət, millətlərə istiqlal!

Afaq Gəncəlinin atası YÜKSƏK VƏZİFƏLİ ŞƏXS İMİŞ

"Atam diplomat idi, Suriyada yaşayırdıq. 8-ci sinifdə oxuyanda Bakıya qayıtdıq. Atamın 5 illik müqaviləsi var idi, bitdi və qayıtdıq".

Bu sözləri aparıcı Afaq Gəncəli "Sözbaz" proqramında deyib.

Uşaqlığından danışan Afaq Suriyada yaşadığını söyləyib.

Keçmiş həyat yoldaşından danışan aparıcı "23 yaşımda ailə qurdum. 25 yaşımda övladım dünyaya gəldi. Keçmiş həyat yoldaşım dünyasını dəyişib. Gözəl xasiyyəti var idi, yaxşı insan idi. Bizim heç vaxt böyük davamız olmayıb. Birlikdə danışdıq və qərara gəldik, ayrıldıq. Anlaşılmazlıq baş verdi. Bir yaş da böyüdüm... İllər keçəndən sonra həyatımı iki mərhələyə böldüm. Amma heç nəyə peşman olmadım" sözlərini əlavə edib. (axsam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR