İnsanlara hürriyət, millətlərə istiqlal!

AEBA Zaporojye AES-in xarici enerji təchizatına çıxışını itirdiyini açıqlayıb

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Zaporojye AES-in növbəti dəfə xarici enerjiyə çıxışını itirdiyini və hazırda reaktorları soyutmaq və nüvə təhlükəsizliyini qorumaq üzrə digər mühüm vəzifələri yerinə yetirmək üçün fövqəladə dizel-generatorları işə saldığını bildirib.

“Report” xəbər verir ki, bu barədə agentliyin saytında dərc olunmuş bəyanatda deyilib.

Sənəddə qeyd olunub ki, ZAES-də olan AEBA ekspertlərindən ibarət qrup stansiyanın saat 15:30-da (Bakı vaxtı ilə 16:30-da) xarici enerji təchizatından məhrum olduğunu açıqlayıb:

“İlkin olaraq stansiyadakı 20 dizel generatorunun hamısı avtomatik qoşulub. İndi onlardan səkkizi obyekti ehtiyat elektrik enerjisi ilə təmin edir, qalan 12 generator isə gözləmə rejiminə keçirilib”, - təşkilat qeyd edib.

Eyni zamanda vurğulanıb ki, qəza dizel-generatorları stansiyanı ən azı on gün təmin edə biləcəklər.

Qurum nümayəndələri də altı reaktorun təhlükədə olmadığını bildiriblər: “Stansiyanı və yaxınlıqdakı Enerqodarı istiliklə təmin etmək üçün isti dayanma vəziyyətində olan iki reaktor soyumağa hazırlanacaq. Qalan dörd reaktor soyuq dayandırma rejimində qalır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR