İnsanlara hürriyət, millətlərə istiqlal!

AEBA: Ukrayna AES-lərində “çirkli bomba“lara dair heç bir dəlil yoxdur

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Ukraynada atom elektrik stansiyalarında (AES) aparılan yoxlamalarda “çirkli bomba”ların hazırlanmasına dair heç bir dəlil tapmayıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri beynəlxalq qurumun baş direktoru Rafael Qrossi Ukraynada üç məkanda aparılan təftişin nəticələrini şərh edərkən bildirib. Onun sözlərinə gör, nəticələrin indiyədək aparılan texniki və elmi dəyərləndirilməsi zamanı bəyan olunmamış fəaliyyət və materialların mövcudluğuna dair heç bir dəlil aşkarlanmayıb.

AEBA müfəttişlərinin Ukraynada apardığı yoxlamanın səbəbi bu ölkənin radioaktiv tərkibli “çirkli bomba“ hazırlamasına dair iddialar olub. Rəsmi Kiyev iddialara aydınlıq gətirilməsi üçün ölkəyə AEBA missiyasını dəvət edib.

Ukraynaya səfər edən müfəttişlər baş çəkdikləri məkanlarda ətraf ərazilərdən nümunələr də götürüblər. Bu nümunələr iddialardan əvvəl və sonrakı dövrdə ətraf mühitin radioaktiv çirklənmə səviyyəsini ölçmək və nüvə materialları ilə fəaliyyətlərin mövcudluğunu yoxlamaq üçün istifadə ediləcəkdir. R. Qrossi bildirib ki, ultrahəssas analiz texnikalarının köməyi ilə aparılacaq testlərin nəticələri də əks olunan yekun hesabat tezliklə təqdim olunacaqdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR