İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Kərimli TİKA-nın başqanı ilə görüşdü

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli dekabrın 4-də ölkəmizdə səfərdə olan Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) başqanı Serkan Kayaların rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Musavat.com xəbər verir ki, qonaqları salamlayan nazir Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq və qardaşlıq münasibətlərinin iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə inkişafına şərait yaratdığını bildirib.

Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələrində əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Tarixi abidələrin bərpası, konservasiyası, birgə arxeoloji tədqiqatlar, o cümlədən kino və audiovizual sənət və digər sahələrdə əməkdaşlıq üçün iki ölkənin potensialından istifadə edilərək əhəmiyyətli nəticələr əldə etmək mümkündür.

Səmimi qəbula görə təşəkkürünü bildirən TİKA başqanı Serkan Kayalar rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri və Azərbaycanla mövcud əlaqələri barədə məlumat verib. Deyib ki, TİKA qeyd edilən sahələrdə əməkdaşlıqda maraqlıdır.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da iştirak edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR