İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: “Heydər Əliyevin əsasını qoyduğu səmimi Azərbaycan-Rusiya münasibətləri mütəffiqlik kontekstində inkişaf edir”

Dünyada balanslaşdırılmış siyasət yeridən ölkələrdən biri də Azərbaycandır, bu istiqamətdə atılan bütün addımlar ölkəmizin güclənməsinə və nəticə də Azərbyacanın qüdrətlənməsinə xahiş edir. Məhz dünən Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskva şəhərinə səfər etməsi və keçirilən görüşlər olduqca vacibdir. Şimal qonşumuzla münasibətlərimizin bugünkü səviyyəsi məhz Ulu Öndər Heydər Əliyevin vaxtilə əsasını qoyduğu, bu gün hər iki ölkənin başçısının münasibətləri fonunda daha da inkişaf edən münasibətlər daxildir. Belə olan halda bir neçə mühüm məsələri xatırlamaq yerinə düşər.

Birincisi, tarixən dostluq münasibətlərimiz olan xalqlarımız arasındakı münasibətlər dövlətlərimiz arasında olan səmimi əlaqələrin hesabına daha da inkişaf edib. Məhz SSRİ süquta uğradıqdan sonra ilk dəfə olaraq Azərbaycan və Rusiyanın münasibətləri bu qədər sıxlaşaraq, dərinləşmişdir. Belə olan halda əməkdaşlığın gələcək inkişafının əsas kontorları müəyyən edilir və inkişafa yönümlü addımlar atılır.

İkincisi, Azərbaycan-Rusiya münasibətlərində Ulu Öndər Heydər Əliyevin gərgin əməyi var. Məhz, Ümummilli Liderin xeyirxahlıq və məqsədyönlü addımlarının nəticəsində Baykal-Amur yolunun əsası qoyulmuş və bu vacib dəmiryolu xətti çəkilmişdir. Ümumittifaq tikintisi adlandırılmış bu meqa layihənin reallaşmasına xüsusi töhfə verən Heydər Əliyevin əziz xatirəsi bu gün də böyük hörmət və ehtiramla yad edilir. nəhəng layihənin həyata keçirilməsində fəal iştirak edib və onun reallaşdırılmasına öz töhfəsini verib. Dünyanın ən uzun dəmir yolu xətlərindən biri olan bu dərmiryolu xətti, işin böyüklüyünə və əhatə etdiyi ərazinin genişliyinə görə Rusiyada “Əsrin layihəsi” adlandırırdılar. Məhz Ulu Öndərin həyata keçirdiyi bu layihələrə və göstərdiyi xidmətlərə görə keçən il Heydər Əliyevin 100 illik yubileyi ölkəmizlə bərabər Rusiyada da böyük təntənə ilə qeyd olundu

Снимокg.JPG (28 KB)

Üçüncüsü, bütün ölkələrlə eləcə də Rusiyaya ilə münasibətlərə və əlaqələrə qiymət verən Ulu Öndərin 2002-ci ilin yanvarında Rusiyaya dövlət səfəri dövlətlərimiz arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoydu və bir çox vacib sənədlərin imzalanması ilə nəticələndi. Eləcə də, Prezident İlham Əliyevin və Vladimir Putinin qarşılıqlı səfərləri ölkələrimiz arasında isti münasibətlərin formalaşmasına, siyasi, iqtisadi, ticarət əlaqələrinin qurulmasına xüsusi töhfə verib.

Dördüncüsü, münasibətlərimizin inkişafında xüsusi önəm kəsb edən hallardan biri də böyük hüquqi bazanın mövcud olmasıdır. Belə ki, ölkələrimiz arasında Ulu Öndərin təşəbbüsü ilə 1997-ci ildə imzalanmış və əsas hüquqi bazanı təşkil edən “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. Bu günə qədər imzalanmış ümumi sənədlərin həcmi isə 260-dan artıqdır və bu sənədlərin hər biri ölkələrimiz arasındakı əlaqələrin inkişafına xüsusi töhfə verir. Bu sənədlərin ən yüksək səviyyəsi isə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Belə ki, hər iki dövlət başçısının 2022-ci il fevralın 22-də Moskvada imzaladığı Bəyannamə ölkələrimiz arasındakı çox illik münasibətləri ən yüksək səviyyəyə - mütəffiqlik səviyyəsinə qaldırıb.

Beşincisi, Rusiyanın nümayiş etdirdiyi mehriban qonşuluq münasibətini biz tarixi Qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsində şahidi olduq. Məhz Rusiya 2020-ci ilin 10 noyabr tarixində Üçtərəfli Bəyanatın imzalanmasının təşəbbüskarı olaraq çıxış etdi və müqavilənin tərəflərindən biri oldu. Fransadan fərqli olaraq qərəz göstərməyək, ədalətli mövqe nümayiş etdirdi və münasibətlərin dinc yolla tənzimlənməsinə səylər göstərdi. Nəhayət ki, 10 noyabr tarixində müqavilə imzalanmışdır.

Nəhayət ki, tarixi, mədəni əlaqələrin inkişafı ilə bərabər bu gün ticarət əlaqələrinin qurulması, qarşılıqlı investisiya yatırımlarının həyata keçirilməsi, eləcə də beynəlxalq yükdaşımalardakı əlaqələr dövlətlərimiz arasında bütün münasibətlərin inkişafını stimulaşdırır. Bu gün ölkələrimiz arasındakı münasibətlər tarixin ən yüksək dövrünü yaşayır.

Adil Əliyev, Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR