İnsanlara hürriyət, millətlərə istiqlal!

Adil Əliyev: “Azərbaycan – Misir münasibətləri əməkdaşlıq kontekstində”

Azərbaycan və Misir arasındakı münasibətlər tarixə söykənir və sovet dövründə ölkələrimiz arasında olan mehriban münasibətlər müstəqilliyimizin ilk illərindən geniş vüsət almış, diplomatik əlaqələr qurulub. Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Misir Ərəb Respublikasına səfər etməsi və bu dövlətin başçısı ilə görüşməsi münasibətlərimizin inkişafında xüsusi önəm daşıdı. Bu görüş dövlətlərimiz arasındakı münasibətlərin inkişafına zəmin yaratmaqla bugünkü dostluq münasibətlərinə gətirib çıxardı.

Hazırda dövlət başçılarımızın ali siyasi iradəsi ilə bu münasibətlər yüksələn xətlə inkişaf edir, iyunun 8-də Prezident İlham Əliyevin Misirə səfəri ölkələrimiz arasındakı münasibətlərin gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məqsədilə daşıyır. Dövlət başçılarının görüşündə iqtisadi, mədəni, təhsil və enerji sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri geniş müzakirə edilmiş, əməkdaşlıqların yeni perspektivləri müəyyənləşdirilmişdir.

İki ölkə arasında ticari və investisiya əlaqələrinin artırılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin təhsil və mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsi ilə əlaqədar müxtəlif sənədlərin imzalandığı səfər münasibətlərin inkişafının hər iki ölkənin marağına uyğun olmasını bir daha göstərdi.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyən və üzv olduğu beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini daim müdafiə edən Misir təbii ki, ölkəmizin qələbəsinə sevinən dost ölkələrdən biridir.

Hər zaman Azərbaycanla dostluğunu bütün beynəlxalq platformalarda nümayiş etdirən Misir BMT, Qoşulmama Hərəkatı və digər təşkilatlarda haqq sözümüzə dəstək olub. Bu ölkənin dəstəyi ilə Azərbaycan Qoşulmama Hərəkatı kimi dünyanın II ən böyük təşkilatına 4 il müddətində rəhbərlik edib. Hərəkatın Parlament Şəbəkəsinin yaradılmasında, humanitar təşəbbüslərlə çıxış etməsində müstəsna xidmət göstərib.

Eləcə də, dövlət başçılarının Misirdə birgə görüşləri zamanı bir daha diqqətə çatdırıldı ki, Ermənistanın məğlubiyyətindən sonra bu günə qədər hələ də sülh müqaviləsini imzalamayıb. Buna baxmayaraq, sülh gündəliyinin irəli aparılması ilə əlaqədar görülən işlər öz səmərəsini verir, belə ki, tərəflər arasında sərhədlərin razılaşdırılması prosedurana başlanıb, nəticədə Qazax rayonunun 4 kəndi dinc şəraitdə ölkəmizə təhvil verilib. Eləcə də, bu sahədə aparılan digər işlərə toxunulmaqla qeyd olunub ki, iki ilə yaxın müddətdi atəşkəs davam edir, bu istiqamətdə atılan addımların gələcəkdə öz müsbət nəticəsini verəcəyi diqqətə çatdırılıb.

Bir çox sahələrdəki əməkdaşlıq imkanları genişləndirilir

Enerji sahəsində əməkdaşlıq, xüsusilə neft və qaz sektorunda, hər iki ölkənin maraq dairəsindədir. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Misirlə müxtəlif layihələr üzərində əməkdaşlıq edir.

Mədəniyyət və təhsil sahələrində də əməkdaşlıq mühüm yer tutur. Hər iki ölkənin universitetləri arasında tələbə mübadiləsi proqramları və elmi tədqiqat layihələri mövcuddur. 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilməsi ilə xarakterizə olunmuş, mədəniyyət günlərinin keçirilməsi ilə geniş vüsət almış sərgilər və digər tədbirlər vasitəsilə xalqlarımız arasındakı əlaqələri daha da möhkəmləndirib.

İqtisadi sahədə əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi və investisiyaların təşviqi prioritet sahələrdən biridir. İki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır və bir çox Azərbaycan şirkəti Misirdə fəaliyyət göstərməkdədir. Eyni zamanda, Misir şirkətləri də Azərbaycanda müxtəlif sahələrdə investisiya qoyuluşları həyata keçirir.

Bu sahələrdəki əməkdaşlıq, Azərbaycan və Misir arasındakı münasibətlərin möhkəmlənməsinə və hər iki ölkənin iqtisadi və sosial inkişafına töhfə verməkdədir.

Adil Əliyev, Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR