Onlayn ictimai-siyasi qəzet
Braziliya məhkəməsi britaniyalı müğənni Adelin "Million Years Ago" mahnısının bütün dünyada yayımlanmasını qadağan edib.
Milli.az xəbər verir ki, qadağa bəstəkar Toninyo Geraesin plagiat iddiası əsasında qəbul edilib.
O, Adeli Martinyo da Vilanın 1996-cı il "Mulheres" mahnısının musiqisindən istifadə etməkdə ittiham edir.
Qərara əsasən, "Sony" və "Universal" şirkətləri mahnının yayımını və kommersiyalaşdırılmasını dərhal dayandırmalı və buna əməl etmədikləri təqdirdə hər pozuntu üçün 8 min dollar cərimə ödəməli olacaqlar.
Bəstəkar həmçinin Adeldən və musiqi şirkətlərindən 160 min dollar təzminat tələb edir. Şirkətlər bu qərara qarşı apellyasiya şikayəti verə bilərlər.
19 Dekabr 2024
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ