İnsanlara hürriyət, millətlərə istiqlal!

Acun işlərin səhər başlamasından şikayətləndi: “2 saata dünyamı xilas olur?

 

 

 “Tv8” kanalının rəhbəri Acun Ilıcalı maraqlı açıqlamarı ilə gündəmə gəlib.

Musavat.com Türkiyə mediasına istinadən bildirir ki, Acun insanların səhər tezdən işə gəlmələrinə qarşı olduğunu bildirib:

"Bir şey etmək məcburiyyətində qalmağa nifrət edirəm. Biz qeyri-adi bir şirkətik. İş saatımız yoxdur. Heç kimin işə gəlməsinə ehtiyac yoxdur. Belə bir gözlənti də mövcud deyil. Bir gün gücüm olsa, iş saatını 10.30-da başladaram. İnsanlar səhər tezdən niyə durur, başa düşmürəm. Niyə səhər 8 tıxacını yaşayırıq?”

Acun deyib ki, insanlar səhər normal qaydada yatmalıdır:

"İnsanlar yatmalıdır. Məncə insanların yatması lazımdır. Niyə işlər saat 10.30 və ya 11:00-da başlamır? Dünya bu 2 saatda xilas oldumu? Hamımız birlikdə işləməsək, problem olmayacaq. Günmü yetmir? Buna inanmıram. Çünki zatən dünya ilə saat fərqimiz var və buna görə də hər saatı dəyərləndirə bilmirik. Niyə yayda işləyirik? Hava yaxşıdır, hər şey yaxşıdır, niyə işləyirik, qardaş? Bunu da başa düşmək mümkün deyil”,-deyə Acun şikayətlənib.

Acun onu da qeyd edib ki, bəzi öhdəliklər şəxsi həyatımızı əlimizdən alıb:

“Bəzi qaydalar çıxarılıb, bilmirəm bunu kimlər qoyub... Qədim zamanlardan gələn sərt adamların qaydaları bu gün də tətbiq olunur.Niyə iyul ayında işləyirik? Bunu kim uydurub ki, biz səhər tezdən mütləq işə getməliyik.  Kimsə zamanında deyib ki, səhər işə gedin, hələ də elə edirik”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR