İnsanlara hürriyət, millətlərə istiqlal!

Acqarına yeyin, görün nələr olur... - MÖCÜZƏ

Heyva sağlamlıq üçün son dərəcə faydalı olan meyvələrdəndir. Heyva vitamin və minerallarla zəngin, əhəmiyyətli meyvələrdən biridir.

Məhəmməd Peyğəmbər: “Heyva sinədəki sıxıntı və ağrıları aradan qaldırır, qəlbi təravətləndirir və qüvvətləndirir. Sizdən biriniz ürəyində ağırlıq hiss etdikdə heyva yesin!” - deyib.

Yaxşı, bu ləzzətli meyvəni acqarına yeyəndə orqanizmdə nə baş verdiyini bilirdinizmi?

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, acqarına heyva yedikdə qan dövranı və maddələr mübadiləsi sürətlənir. Bu, bədəni isti saxlayır. Heyva digər qış meyvələrindən daha çox C vitamini ehtiva edir. İmmunitet sistemini gücləndirən heyva qış aylarında evlərdən əskik olmamalıdır.

Heyva tərkibindəki lif sayəsində uzun müddət tox saxlayır ki, bu da kilo verməyi sürətləndirir. Ürək sağlamlığı üçün faydalı olan heyva ürək döyüntüsünün qarşısını alır. Elmi araşdırmalar göstərib ki, heyva ağız yaralarına yaxşı gəlir. Bu meyvə həzmsizliyi aradan qaldırır və mədə ağrılarını azaltmağa kömək edir. Güclü immun sistemi üçün heyva istehlak edilməlidir.

Havalar soyuduqca qrip və soyuqdəymə halları artır. Acqarına heyva istehlakı immuniteti gücləndirəcək və xəstəliklərdən tez qurtulmanıza kömək edəcək.

Heyva fokuslanma probleminin həllində son dərəcə təsirlidir. Bu meyvə ağrıkəsici xüsusiyyətlərə də malikdir. Xüsusilə qadınlara menstrual ağrılar zamanı heyva istehlak etmək tövsiyə olunur. Minerallarla zəngin olan meyvə saçların uzanmasına da kömək edir.

Bəs heyvanın zərərləri nələrdir?

Heyvanın həddindən artıq istehlakı ishala səbəb olur. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR