İnsanlara hürriyət, millətlərə istiqlal!

“Açıq mikrofon” aksiyasının bu həftəlik işinə Ağdaş rayonunda yekun vuruldu

“Səyyar qəbul otağı”nın bu həftəlik sonuncu ünvanı Ağdaş rayonu olub.

Musavat.com xəbər verir ki, mikrofon önünə cəmi 3 sakin çıxsa da, müraciətlər 20-yə yaxın vətəndaşın adından ünvanlanıb.

Qaradağlı kəndindən qatılan İsmayıl Məmmədov yeni qazlaşdırılan küçə xəttinə təbii qazın verilməsini xahiş edib.

Digər 2 nəfər isə Yeniarx kəndinin qaz təchizatı ilə bağlı üzləşdiyi problem və təklifləri səsləndirib.

Pərviz Rzayev adıçəkilən kənddə 14 ailənin yaşadığı küçəyə qaz xəttinin çəkilməsini, Nəriman Əhmədov isə qaz xəttinin yerinin dəyişdirilməsini istəyib.

Bütün müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR