Onlayn ictimai-siyasi qəzet
Abxaziya müxalifətinin lideri, “Abxaz Xalq Hərəkatı” təşkilatının rəhbəri Adqur Ardzınba bəyan edib ki, etirazçılar hazırkı "vitse-prezident"in "respublika rəhbərinin" səlahiyyətlərini icra etməsinə razı ola bilərlər.
Musavat.com bu barədə teleqram kanallarına istinadən xəbər verir.
Lakin bunun üçün "baş nazir" vəzifəsinin müxalifət nümayəndəsinə verilməsi şərti irəli sürülüb.
“Bu addımın məqsədi, seçkilərdə Bjaniya komandasının üzvü irəli sürüləcəyi halda, inzibati resurslardan istifadənin qarşısını almaqdır”, – deyə Ardzınba açıqlama verib.
Eyni zamanda, Abxaziya "prezidenti"nin informasiya mərkəzi dövlət televiziyasının ələ keçirilməsinə cəhd edildiyini bildirib. Gecə yarısından sonra 15 avtomobildən ibarət bir qrup şəxsin, ehtimal ki, müxalif qüvvələri təmsil edənlərin, yayım üzərində nəzarəti ələ keçirmək məqsədilə telekanalın ərazisinə yaxınlaşdığı qeyd edilib. Məlumata görə, mühafizəçilər xəbərdarlıq atəşi açmağa məcbur olublar.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ