Onlayn ictimai-siyasi qəzet
Bu gün bütün Abxaziya ərazisində elektrik enerjisinin verilişi kəsilib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb ölkədə yeganə elektrik stansiyası olan İnqurSES-in fəaliyyətində fasilənin yaranmasıdır.
Abxaziya enerji şirkəti olan “Çernomorenerqo”nun yaydığı məlumata əsasən, İnqur SES-in fövqəladə dayandırılması suyun səviyyəsinin kəskin aşağı düşməsi və kifayət qədər axının olmaması ilə bağlıdır.
Buna görə də gün ərzində istehlakçılar üçün enerji verilişi qrafikləri tənzimlənəcək:
“Əvvəllər stansiya saatda 160 meqavata qədər enerji istehsal edirdi. Texniki dəyişikliklərə görə, hazırda maksimal güc saatda 90 meqavatdır. Bu məlumatlar əsasında stansiyanın iş rejiminə və elektrik enerjisinin veriliş qrafikinə dəyişikliklər edilib”.
Yeni qrafikə əsasən, gündüzlər istehlakçılar cəmi 3 saat enerji ala biləcəklər. Gecələr isə saat 21.00-dan 07.00-dək enerji veriləcək.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ