Onlayn ictimai-siyasi qəzet
Abxaziyanın baş naziri vəzifəsini icra edın Valeri Bqanba “Çernomorenergo” enerji şirkətinə Gürcüstandan elektrik enerjisi tədarükünün artırılmasını xahiş etməyi tapşırıb.
Musavat.com Apsnypress-ə istinadən xəbər verir ki, enerji təhlükəsizliyi qərargahının bu gün keçirilən iclası qurumdakı enerji böhranına həsr olunub. İclasda iştirakçılar Gürcüstanla sərhəddə İnqur su elektrik stansiyasından yay axınında əvəzi verilmək şərtilə qış axınında enerji alınmasınnın artırılması variantını nəzərdən keçiriblər.
“Çernomorenerqo”nun rəhbəri Timur Cincoliya görüş zamanı qeyd edib ki, Jvar su anbarında suyun səviyyəsi yüksəlir, lakin hələlik enerji istehsal oluna bilmir. O izah edib ki, bu strategiya soyuq dövr üçün operativ ehtiyat yaratmaq məqsədilə seçilib.
Energetika və nəqliyyat naziri Cansux Nanba öz növbəsində məlumat verib ki, dekabrın 4-dən 18-dək Abxaziyada 450 kriptovalyuta mayninq qurğusu ələ keçirilib. O, həmçinin qeyd edib ki, elektrik enerjisinin kəsilməsi qrafiki qüvvədə qalır.
Qeyd edək ki, Abxaziya Rusiyadan enerji verilişinin yayda əvəzi qaytarılmaqla artırılmasını istəsə də, qarşı tərəfdən hər hansı cavab verilməyib.
Musavat.com
19 Dekabr 2024
18 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ