İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ yeni nüvə bombası HAZIRLAYIR

ABŞ may ayında ən yeni termonüvə aviasiya bombası olan "B61-13"ün seriyalı istehsalına başlamağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi nəzdindəki Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (NNSA) rəhbəri vəzifəsini icra edən Tereza Robbinz məlumat verib.

"NNSA-nın gözləntisinə əsasən, B61 bombasının 13-cü modifikasiyalı ilk seriyalı nümunəsi bu ayın sonunda hazır olacaq. Bu da planlaşdırıldığından təxminən bir il daha tezdir", – deyə o, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

O əlavə edib ki, sualtı qayıqlardan buraxılan "Trident II" ballistik raketləri üçün nəzərdə tutulan "W88 Alteration 370" proqramı ABŞ Hərbi Dəniz Qüvvələrinə 100 faiz vaxtında təhvil verilir və istehsal 2025-ci maliyyə ilinin sonunadək başa çatdırılmalıdır.

Qeyd olunub ki, "B61-13" bombalarının istehsalı barədə qərar 2023-cü ildə, sabiq prezident Co Baydenin rəhbərlik etdiyi əvvəlki administrasiya dövründə qəbul olunub. Bu qərar ABŞ-da və beynəlxalq aləmdə nüvə silahlarının azaldılmasını müdafiə edən ekspertlər tərəfindən tənqid olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 May 2025

BÜTÜN XƏBƏRLƏR