İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Britaniya arasında Ukraynaya görə gərginlik yaranıb - The Telegraph  


ABŞ rəsmiləri Ukraynanın NATO-ya üzv olmaq yolunun "dönməz" olmadığını dedikdən sonra Böyük Britaniya və Vaşinqton arasında mübahisə yaranıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Qəzet yazır ki, ABŞ iyulda Vaşinqtonda keçiriləcək sammitdə Ukraynaya NATO-ya üzvlüklə bağlı yeni zəmanətlər vermək planlarından narahatdır. Böyük Britaniya isə birgə bəyanatda bəzi Avropa üzv ölkələrinin Ukraynanın NATO-ya üzvlüyünü “dönməz” adlandırmaq təklifini dəstəkləyib.

ABŞ-ın fikrincə, heç bir son tarix olmadan üzvlük üçün daha sadələşmiş "yaxşı işıqlandırılmış körpü” ifadəsindən istifadə yetərlidir. ABŞ rəsmiləri bildirirlər ki, NATO-ya daxil olmaq yolunu “dönməz” kimi təsvir etmək bəzi üzvlər, o cümlədən Macarıstan üçün qəbuledilməzdir.

Mərkəzi Avropadan olan diplomat nəşrə ABŞ-ın Ukraynanın üzvlüyünə dair məsələdə “qeyri-müəyyənlik və lənglik”dən məyus olduğunu bildirib.

Bəzi üzvlər iyul ayında keçiriləcək iclasda Ukraynanın üzvlüyünün "sürətləndirilməsi" ideyasını dəstəkləyir, bu da Kiyevə onun NATO-nun kollektiv müdafiə bəndi ilə müdafiə olunacağına daha çox əminlik verəcək.

Xatırladaq ki, NATO-nun 2023-cü ildə Vilnüsdə keçirilən sammitində üzv ölkələr “Ukraynanın gələcəyi NATO-dadır” mövzusunda razılaşsalar da, onun qəbulu üçün son tarix təyin etməkdən imtina etmişdilər. Həmin vaxt Ukrayna prezidenti Vladimir Zelenski qeyri-müəyyən üzvlük təklifini “görünməmiş və absurd” adlandırmışdı.

Nəşr qeyd edib ki, görünür, NATO-nun builki sammitində də heç bir tarix müəyyən edilməyəcək, lakin Ukrayna üçün yeni təhlükəsizlik təminatları olacaq.

Qeyd edək ki, iyulun 9-11-də Vaşinqtonda NATO-ya üzv ölkələrin liderlərinin görüşü keçiriləcək. Aprelin sonunda Alyansın baş katibi Yens Stoltenberq Ukrayna prezidenti Vladimir Zelenskini görüşə dəvət etdiyini açıqlayıb.

Ukrayna Baş nazirini mnüavini Olqa Stefanişina daha əvvəl demişdi ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı dialoqun irəliləməsinə mane olan iki əsas ölkə var. Onun sözlərinə görə, söhbət Almaniya və ABŞ-dan gedir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR