Onlayn ictimai-siyasi qəzet
Bundan sonra Berlin və müttəfiqləri tərəfindən Ukraynaya verilən silahların çeşidinə və zərbə məsafəsinə heç bir məhdudiyyət qoyulmur.
Musavat.com xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz “Berliner Zeitung” qəzetinə deyib: “Artıq silahların çeşidində heç bir məhdudiyyət yoxdur”.
O qeyd edib ki, bu, Ukrayna qoşunlarına “Rusiyanın arxa bölgələrindəki hərbi hədəflərə” zərbə endirməyə imkan verəcək. Eyni zamanda Merz mülki hədəflərə qarşı silah istifadə edilməməli olduğunu vurğulayıb.
Almaniya kansleri bəyan edib ki, ABŞ, Britaniya və Fransa da Kiyevin silahdan istifadə dairəsini bundan sonra məhdudlaşdırmayacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müttəfiqlərinin Kiyevə münasibətdə atdığı addımın “Rusiyanın münaqişəni sülh yolu ilə həll cəhdlərinə zidd” olduğunu bildirib.
Musavat.com
29 May 2025
28 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ