Onlayn ictimai-siyasi qəzet
NATO-ya üzv olan 7 ölkə Ukraynanın alyansa daxil olmasına qarşıdır.
"Report" xəbər verir ki, bu barədə "Politico" alyansadakı rəsmi mənbələrə istinadən yazır.
Nəşr qeyd edir ki, bu ideyaya qarşı çıxan ölkələrə Rusiya ilə birbaşa müharibəyə cəlb olunmaqdan qorxan ABŞ və Almaniya - Kiyevin ən böyük tərəfdarlarından ikisi rəhbərlik edir.
Bundan əlavə, Slovakiya və Macarıstan da hökumətlərinin Rusiyayönlü xəttinə görə bunun əleyhinədir.
"Belçika, Sloveniya və İspaniya da ABŞ və Almaniyanın arxasında gizlənir. Onlar da bunu istəmir", - NATO rəsmilərindən biri nəşrə deyib.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ