İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ uyğurları Çinə qaytaranları cəzalandırır – İlk qurban Tailand oldu

"ABŞ dövlət katibi Marko Rubio uyğurları deportasiya edənləri hədələyib".

Musavat.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, ABŞ prezidenti Donald Tramp miqrantları gəldikləri ölkələrə deportasiya edərkən uyğurlar üçün istisna hal tanınıb:

"Dövlət katibi Marko Rubio son açıqlamasında uyğurların zorla deportasiyasına görə məsuliyyət daşıyan və ya şərik olan həm hazırkı, həm də keçmiş məmurlara qarşı viza məhdudiyyətinin şamil ediləcəyini bildirib. Rubionun sözlərinə görə, Çin müxtəlif ölkələrin hökumətlərinə təzyiq edərək orada sığınacaq tapan uyğurların deportasiyasını tələb edir. Dövlət katibi bu siyasətinə görə həm Pekin, həm də uyğurları deportasiya edən hökumətlərə qarşı təzyiqi artıracaqlarını vurğulayıb.

Vaşinqton ilk addımı atıb. Fevralın 27-də 40 uyğurun Çinə məcburi qaytarılmasında iştirak edən Tailand hökumətinin rəsmilərinə qarşı viza məhdudiyyətləri "dərhal" həyata keçirilib. Vaşinqtonda hesab edirlər ki, Çinə deportasiya edilən uyğurlar işgəncələrlə üzləşmə riski altındadırlar. Marko Rubio Çinin uyğurlara qarşı sistematik təqiblərlə məşğul olduğunu xatırladıb.

Aydındır ki, Rubio prezident Donald Trampın təlimatıyla hərəkət edir. Əgər müxtəlif ölkələrdə sığınacaq alan uyğurların Çinə deportasiya riski böyükdürsə, onda məntiqlə ABŞ qapılarını uyğur miqrantlara açmalıdır.

2022-ci ilin məlumatına görə, ABŞ-da 15 minə yaxın uyğur yaşayır. 2009-cu ildə Urumçidə baş verən qarşıdurmadan sonra Çinin təqibindən qaçan uyğurların müxtəlif ölkələrdə sayı artıb. Təqiblərdən qaçan uyğurlar əsasən Qazaxıstan, Türkiyə, Avropa ölkələri, Kanada, Avstraliya və Yeni Zelandiyada sığınacaq tapıblar".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR